Bakının Yasamal rayonunda restoranda dava düşüb.
Sitat.info APA-ya istinadən xəbər verir ki, hadisə “Papaq” restoranında qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Aqil Anar oğlu Yaqubov restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub. O, həmin vaxt bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloger olan Hüseyn Əzizoğludur.
Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Şöbəsinin əməkdaşları araşdırırlar.
***
Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılıb, əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, əmələ hüquqi qiymət veriləcək:
“Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb. Zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.