Sərkisyan: Hindlilər Ermənistanı zəbt edir

18:30 6 Mart 2024

İrəvan işləmək üçün xaricə gedənlərdən vergi alır, lakin Ermənistanda işləyən hindlilərdən vergi almır. Bunun nəticəsində bir hindistanlı Ermənistan ordusunda xidmət etmir, ölkədə işləyir, lakin vergiyə cəlb edilmir. Eyni zamanda da ölkədə səs vermək imkanına malik olur.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Hesablama Palatasının sədri, iqtisadçı ekspert Nairi Sərkisyan deyib.

“Xaricə işləməyə gedən vətəndaşımız isə oğlunu orduya göndərir, amma xaricdə yaşayarkən ölkədə keçirilən seçki üçün səfirliklərdə və ya digər strukturlarda səs vermək hüququndan məhrum edilir. Eyni zamanda da Ermənistanda vergi ödəməyə borclu olur. Belə çıxır ki, immiqrasiya üçün deyil, mühacirət üçün əlverişli şərait yaradırıq. Bu, doğum səviyyəsinin onsuz da aşağı olduğu Ermənistanı emiqrasiya dalğası qarşısında qoyacaq”, - o bildirib.



Xəbər xətti