Odessa şəhərində Ukrayna prezidenti Zelenskinin karvanı yaxınlığında partlayış baş verib. Zelenski ilə görüşmək üçün Odessaya gedən Yunanıstanın baş naziri Mitsotakisin karvanı partlayış yerindən 150 metr aralıda olub. Hər iki komandada yaralanan olmayıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın Odessa şəhəri Rusiya ordusunun hücumlarının hədəfi olub.
Partlayış şəhərdə olan Ukrayna prezidenti Vladimir Zelenskinin nümayəndə heyətinin yaxınlığında baş verib.
Zelenski ilə görüşmək üçün Odessaya gedən Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin karvanı partlayış yerindən 150 metr aralıda olub.
Hər iki komandada ölən və yaralanan olmayıb. Hücumla bağlı rəsmi açıqlama verilməyib.
Məğrur,
Sitat.info