İsveç martın 11-də NATO-nun 32-ci üzvü olacaq

19:56 6 Mart 2024

İsveç martın 11-də NATO-nun 32-ci üzvü kimi Alyansa rəsmən qoşulacaq.

Sitat.info xəbər verir ki, İsveç mətbuatında yer alan məlumata görə, martın 11-də Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında İsveçin üzvlüklə bağlı rəsmi mərasimi keçiriləcək.

NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılacaq. Beləliklə, İsveç Alyansın 32-ci üzvü olacaq.

Qeyd edək ki, Macarıstan Milli Assambleyası fevralın 26-da İsveçin NATO-da iştirakını təsdiqləyib və bununla da bütün müttəfiqlər üçün təsdiqləmə prosesi başa çatıb.

İsveç 2022-ci il mayın 18-də NATO-ya üzvlük üçün müraciət edib.

Kənan

Sitat.info



Xəbər xətti