Odessa şəhərində Ukrayna prezidenti Zelenskinin karvanı yaxınlığında partlayış baş verib. Zelenski ilə görüşmək üçün Odessaya gedən Yunanıstanın baş naziri Mitsotakisin karvanı partlayış yerindən 150 metr aralıda olub. Hər iki komandada zərər çəkən olmayıb.
Sitat.info xəbər verir ki, Ukraynanın Odessa şəhəri Rusiya ordusunun hücumlarının hədəfi olub.
Şəhərdə olan Ukrayna prezidenti Vladimir Zelenskinin nümayəndə heyətinin yaxınlığında da partlayış baş verib.
Kənan
Sitat.info