Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-ın nüvə silahı Şimali Avropaya yerləşdirilərsə, Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişə ssenarisində hədəf olacaq. Kreml isə ABŞ-ı hədəfə alaraq: “Rusiya Amerika təyyarələrini məhv edəcək”, - deyib.
Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın nüvə silahlarının Şimali Avropaya yerləşdiriləcəyi təqdirdə Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişə ssenarisində hədəf olacağını bildirib.
Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində keçirdiyi həftəlik mətbuat konfransında Zaxarova Finlandiya prezidenti Aleksandr Stubbın “ölkəsi üçün nüvə çəkindirici qüvvəyə malik olması vacibdir” ifadələrini dəyərləndirib.
Kənan
Sitat.info