Rusiyanın müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı rusiyalıları prezident seçkilərində Vladimir Putinə qarşı etiraz etməyə çağırıb.
Sitat.info xəbər verir ki, Yuliya Navalnaya bunu sosial şəbəkədə yayımlanan videoda deyib.
O, bu aksiyanın həbsxanada ölən yoldaşı Aleksey Navalnını şərəfləndirmək üçün bir yol olacağını bildirib.
"Alekseyin doğru hesab etdiyi nə varsa həyata keçirmək istəyirəm. Ətrafınızda Putin və müharibə tərəfdarı olan çoxlu insan var. Hamımız eyni vaxtda buna qarşı çıxsaq, anti-Putin səsimiz daha yüksək səslənəcək", - Navalnaya qeyd edib.
Türkan
Sitat.info