Birləşmiş Ştatlar Tehranı təcrid etmək üçün bütün regionda iranofobiyanı yaymağa çalışıb, lakin buna nail ola bilməyib.
Sitat.info xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi Əlcəzairin Milli Yayım Şirkətinə müsahibəsində deyib.
Rəisinin sözlərinə görə, İranın düşmənləri, xüsusən də Amerika davamlı olaraq İranofobiya yaratmağa və Ərəb İslam ölkələrini İsrailə yaxınlaşdırmağa çalışırlar.
"Onlar bizi təcrid etmək istədilər, lakin buna nail ola bilmədilər. Bu gün ölkə regional və beynəlxalq səviyyələrdə hər zamankindən daha geniş şəkildə təmsil olunur", - prezident vurğulayıb.
Türkan
Sitat.info