Son zamanlar internet provayderlərində sürətin zəifləməsi, və ya ümumiyyətlə internetin fəaliyyətinin dayanması hallarına tez-tez rast gəlinir. İstifadəçilər müxtəlif provayderlərdən şikayətlərini sosial şəbəkələrdə bildirirlər.
Sitat.info xəbər verir ki, tanınmış telejurnalist, aparıcı Ləman Ələşrəfqızı da öz feysbuk səhifəsində "BakTelekom"dan şikayətlənib.
O bildirib ki, Yanvarın sonundan əvvəlki internet provayderindəki problemlərə görə müqaviləni dayandırıb, "BakTelekom"la müqavilə bağlasa da, ofisdə internet problemi həllini tapmayıb.
Məğrur
Sitat.info