Cənubi Afrika Respublikası Beynəlxalq Ədalət Məhkəməsindən Qəzzalıları aclığa məhkum edən İsrailə qarşı yeni ehtiyat tədbirlərinin görülməsini istəyib.
Sitat.info xəbər verir ki, CAR Qəzza zolağı ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) növbəti dəfə müraciət edib.
Cənubi Afrikanın müraciət etdiyi yazılı açıqlamada deyilir: "Təkcə ötən həftə Qəzza zolağında ən azı 15 uşağın aclıqdan öldüyü bildirilir. Əsl rəqəmlərin daha çox olduğuna inanırıq. Hərbi fəaliyyətlər dayandırılmayana və blokada qaldırılmayana qədər ölümlər artacaq”.
Türkan
Sitat.info