Ukrayna ordusu Rusiyanın Kursk, Bryansk və Tula vilayətlərinə PUA hücumu edib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Bryansk vilayətində üç, Tula bölgəsində iki PUA məhv edilib. Kursk vilayətində isə bir PUA ələ keçirilib.
Hücumun nəticələri barədə məlumat yoxdur.