Qurbanov Prezidentin onu təltif etməsindən danışdı

19:33 13 Aprel 2022

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Şöhrət” ordeninə layiq görülməsinə və aldığı coxsaylı təbriklərə münasibət bildirib.

Sitat.İnfo Axar.az-a istinadən xəbər verir ki, bu gün 50 illik yubileyini qeyd edən təcrübəli mütəxəssis Qol.az saytına verdiyi açıqlamada deyib:

“Prezident İlham Əliyevə təşəkkür edirəm. Ali Baş Komandanımızın məni "Şöhrət" ordeni ilə təltif etməsi karyeramın ən böyük hədiyyəsi oldu. Belə qayğı və diqqətə görə minnətdaram. Bu gün çoxlu təbriklər almışam. Təbrik edən hər kəsə təşəkkür edirəm. Əmin oldum ki, "Qarabağ" və mənim uğurlarımı izləyirlər, istəyirlər. Allah Azərbaycan xalqını qorusun”.



Xəbər xətti