Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın məqsəd və vəzifələrinin yerinə yetirilməsinə heç nə mane olmayacaq.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Mən bir daha təsdiq etmək istəyirəm: Kiyevə Qərb silahlarının verilməsi, Ukrayna silahlı qruplarının terrorist döyüş üsulları, heç bir şey, o cümlədən hədə-qorxu, təbliğat, saxtakarlıq, dezinformasiya, təhdidlər – heç bir şey qarşıya qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsinə mane olmayacaq”, - XİN rəsmisi vurğulayıb.