Hərbi helikopterin okeana düşməsi nəticəsində 3 nəfər ölüb

12:25 7 Mart 2024

Meksika donanmasının helikopterinin okeana düşməsi nəticəsində baş verən qəzada 3 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilib.

Sitat.infp xəbər verir ki, Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada hərbi helikopterin Lazaro Kardenas limanı yaxınlığında okean patrul gəmisinin göyərtəsindən havaya qalxdıqdan qısa müddət sonra Sakit Okeana düşdüyü bildirilib.

Açıqlamada, limandan təqribən 370 kilometr aralıda okeana düşən helikopterdəki 8 donanma personalından 3-nün öldüyü, 2-nin itkin düşdüyü, xilas edilən 3 nəfərin xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti