Qətər bəyan edib ki, İsrailin “məskunlaşma” və “yəhudiləşdirmə” fəaliyyətləri iki dövlətli həlli həyata keçirmək üçün beynəlxalq səylərə ciddi təhlükə yaradır.
Sitat.info xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Doha rəhbərliyinin İsrailin İordan çayının qərb sahilində təxminən 3500 evdən ibarət yeni yaşayış məntəqəsi inşasına icazə verməsi qərarının şiddətlə pisləndiyi bildirilib.
Bəyanatda bu addımın “beynəlxalq hüququn, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT) 2334 saylı qətnaməsinin açıq şəkildə pozulması və Fələstin xalqının hüquqlarına açıq hücum olduğu vurğulanıb.
Kənan
Sitat.info