WSJ: 7 oktyabrdan bəri 5 qeyri-qanuni yaşayış məntəqəsi və 15 qeyri-qanuni yol tikilib

21:31 7 Mart 2024

Yəhudi köçkünlərin 7 oktyabr 2023-cü ildən bəri İsrailin işğalı altında olan İordan çayının qərb sahilində 5 qeyri-qanuni qəsəbə və 15 qeyri-qanuni yol inşa etdiyi açıqlanıb.

Sitat.info xəbər verir ki, "The Wall Street Journal" (WSJ) tərəfindən bölgədəki görüntülərə və şahidlərə əsaslanaraq nəşr olunan xəbərdə işğal altındakı İordan çayının qərb sahilində yəhudi mühacirlər tərəfindən qeyri-qanuni yollarla tikilən 15 yol və 5 qeyri-qanuni yaşayış məntəqəsi qeydə alınıb.

WSJ-nin xəbərində qeyri-qanuni məskunlaşmaların və yolların İsrail qüvvələrinin himayəsində olan ağır tikinti texnikasının köməyi ilə bir neçə gündə tikildiyi bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti