Qəzzada yardım konvoylarından əşyalar almağa çalışan insanları soyğunçu kimi qələmə verməməliyik.
Sitat.info xəbər verir ki, bu sözləri UNICEF-in İcraçı Direktoru Ketrin Rasel deyib.
"Qəzzadakı görüntülərdə görürük ki, çox çətin vəziyyətdə olan insanların hərəkətləri soyğunçuluq kimi dəyərləndirilir. Bunu talançılıq kimi qələmə verə bilmərik. İnsanlar özlərinə və ailələrinə yemək aparmaq istəyir", - direktor bildirib.
O, Qəzzadakı dəhşətli vəziyyətlə bağlı məyus olduğunu və müharibənin uşaqlar üçün hər zaman çox pis nəticələr verdiyini qeyd edib.
Türkan
Sitat.info