ABŞ prezidenti Co Bayden Amerika ordusuna təcili yardımı dəniz yolu ilə çatdırmaq üçün Qəzza sahillərində liman yaratmağı tapşıracaq.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi keçirdiyi brifinqdə ABŞ-ın Qəzzaya humanitar yardım çatdırmaq üçün göstərdiyi son səylərdən danışıb.
Rəsmi, Baydenin bu axşam Konqresdəki çıxışında Amerika ordusuna təlimat verdiyini və ordunun Qəzza sahilində hərbi limanın qurulması üçün işə başlayacağını, yardımların dəniz yolu ilə Qəzzaya çatdırıla biləcəyini söyləyib.
ABŞ rəsmisi qeyd edib ki, sözügedən hərbi limanın yaradılması ilə böyük gəmilər Qəzzaya daha yüksək miqdarda humanitar yardım çatdıra biləcək və bu yardıma qida və su, həmçinin dərman və müvəqqəti sığınacaq qurulması üçün avadanlıqlar daxil olacaq.
Yardımın İsraillə koordinasiya ediləcəyi, Birləşmiş Millətlər Təşkilatı (BMT) və müvafiq qeyri-hökumət təşkilatları ilə çalışacaqları və Cənubi Kipr Rum Administrasiyasının (GCASC) Larnaka Limanı da daxil olmaqla bir marşrutdan istifadə olunacağı bildirilir. .
Yardımlarla bağlı Avropa və region ölkələrindən dəstək gözlədiklərini qeyd edən ABŞ rəsmisi Qəzzada ən az 6 həftəlik müvəqqəti atəşkəsə ehtiyac olduğunu və bu halda yardımların daha tez çatdırıla biləcəyini bildirib.
Amerika əsgərləri Qəzzaya ayaq basmayacaq. Ağ Ev rəsmisi yardımı koordinasiya edəcək amerikalı əsgərin Qəzzaya ayaq basmasının planlaşdırılmadığını, yalnız yardımın limana rahat çatdırılması və səlahiyyətlilərlə koordinasiyadan məsul olacağını bildirib.
Səid,
Sitat.info