İƏT rəsmisi Azərbaycana təşəkkür etdi

10:02 8 Mart 2024

Azərbaycan ötən ildən bəri yüksək səviyyəli tədbirlər keçirərək, islamafobiyaya qarşı əhəmiyyətli addımlar atıb.

Sitat.info xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının Siyasi Məsələlər üzrə Baş Katibinin köməkçisi Yousef M. Al-Dobeay "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Azərbaycana belə bir tədbir keçirdiyi üçün təşəkkür edirik. İslamofobiyaya qarşı mübarizə üçün gün təyin edilməsi mühüm bir addımdır. Azərbaycan islamofobiyanın qəbuledilməz olduğunu daima xatırladır. Dini dözümsüzlük qlobal sülhə təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu fenomenə qarşı addımlar atmalıdır.

Bu gün görkəmli şəxslər, dini mətnlər təhqir olunur. Bunun üçün müsəlmanlara qarşı ayrı-eçkiliyin qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. Nifrətin aradan qaldırılması üçün əlimizdən gələni əsirgəməməliyik”,- deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.



Xəbər xətti