İrəvan bu 4 kəndi qaytarmağa hazırlaşır? - Qalumyan təsdiqlədi

13:36 8 Mart 2024

Ötən həftə parlamentdə Baş nazir Nikol Paşinyan deputatlarla görüşündə Azərbaycanın ilk növbədə qaytarılmasını tələb etdiyi dörd kənddən danışıb. Yeri gəlmişkən, Münhendə də bu məsələ ilə bağlı müzakirə aparılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Komanda yoldaşları ilə söhbətində Paşinyan vurğulayıb ki, (ilk növbədə tələb edilən) bu kəndlər Tavuş bölgəsində yerləşir. Deməli, söhbət bu dörd kənddən gedir - Bağanıs-Ayrım, Yuxarı Əskipara, Xeyrimli və Qızıl Hacılı.

Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirdi ki, onların rayonunda azərbaycanlı kəndləri var. Nəyə görə indi Paşinyanın əvvəllər dediyi kimi səkkiz yox, dörd kənddən danışdığına gəlincə, hökumətyönlü mənbələrimizə görə, adıçəkilən dörd kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi bizim üçün problem yaratmayacaq. Digər kəndlər, o cümlədən Ermənistanın qalan hissəsini əslində cənubla birləşdirən Kərkidən fərqli olaraq”, - məlumatda vurğulanıb.



Xəbər xətti