Ukrayna ordusu işğal altında olan Xerson vilayətindəki Skadovsk dəniz limanına zərbələr endirib.
Sitat.info xəbər verir ki, bu barədə Xerson vilayətinə Rusiyanın təyin etdiyi "qubernator" Vladimir Saldo məlumat verib.
“Skadovsk limanına endirilən artilleriya zərbələri nəticəsində boş administrasiya binası dağılıb”, - Saldo bildirib.