Bakıda “təmir”: zibil qalaqlandı, su binanın içinə axır - Video

16:45 8 Mart 2024

Bakının Xətai rayonu Sarayevo küçəsi 20 nömrəli binada aparılan təmir işləri sakinləri çıxılmaz vəziyyətə qoyub.

Bu barədə Axar.az-a sakinlər məlumat veriblər.

Bildirilib ki, 2 aydan çoxdur davam edən təmir işlərini icra edən şirkət ərazidən zibilləri yığışdırmır, binanın blokları antisanitar vəziyyətdədir, yağış suları borusunu söküb metal kimi satıblar, yağış suları binanın daxilinə axır.

Sakinlər bu dözülməz şəraiti əks etdirən foto və videolar da yayıblar.

 



Xəbər xətti