Kürdə batan şəxsin axtarışları 4 gündür davam edir

19:00 8 Mart 2024

Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində 4 mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bu barədə Axar.az-a FHN-dən bildirilib.

Belə ki, gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.



Xəbər xətti