ABŞ prezidenti Co Bayden İsveçin NATO-ya rəsmi qəbulu münasibətilə təbrik edib və bildirib ki, alyans yeni üzvü ilə daha da güclənib.
Sitat.info xəbər verir ki, ABŞ prezidenti Bayden yazılı açıqlama verərək, İsveçin NATO üzvlüyündən məmnunluğunu ifadə edib.
Bayden açıqlamasında deyib: "Bu gün İsveçi NATO-nun 32-ci müttəfiqi olaraq salamlamaqdan məmnunam. Bu transatlantik təhlükəsizlik qalxanı İsveçin bu gün NATO-ya rəsmi üzv olması ilə hər zamankindən daha güclüdür".
Kənan
Sitat.info