İsrail xuliqanları Fələstin bayraqlı adamı döyüb

12:07 8 Mart 2024

Yunanıstanın paytaxtı Afinada İsrail xuliqanları əlində Fələstin bayrağı olan şəxsi döyərək yaralayıb.

Sitat.info xəbər verir ki, Yunan mətbuatında yer alan xəbərə görə, UEFA Avropa Konfrans Liqası matçı üçün Afinaya gələn Maccabi Tel-Aviv futbol komandasının azarkeşləri Sintaqma meydanında kütləvi yürüşə çıxıb.

Yürüş zamanı xuliqanlar Fələstin bayrağı daşıyan xarici ölkə vətəndaşına hücum ediblər.

Hücum nəticəsində yaralanan şəxs təcili yardımla xəstəxanaya aparılıb.

Kənan

Sitat.info

 



Xəbər xətti