Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths, Qəzzada hücumların 6-cı aya girdiyi bir vaxtda vəziyyətin ciddiliyinə diqqət çəkərək deyib: "Qəzzada vəziyyət bizi gecələr oyaq saxlamalıdır".
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Martin Griffiths X sosial media hesabında paylaşım edib.
Qəzzada yarım milyondan çox insanın aclıqdan ölmək ərəfəsində olduğunu bildirən Griffiths, uşaqların aclıqdan öldüyünü deyib.
Seymur Bənnayev
Sitat.info