Qəzza zolağına yardım aparan təyyarələrin havadan atdığı humanitar yardım qutularının paraşütlərinin açılmaması və ərazidə kömək gözləyən fələstinlilərin üzərinə düşməsi nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Sitat.info xəbər verir ki, AA müxbirinin hadisə şahidlərindən verdiyi məlumata görə, təyyarələrdən atılan bəzi humanitar yardım qutularının paraşütləri açılmayıb və yardımın enişini gözləyən fələstinlilərin üzərinə düşüb.
Şahidlərin verdiyi məlumata görə, qutular Qəzza şəhərinin şimalındakı Şati Qaçqınlar Düşərgəsi və Cela küçəsi ərazilərində humanitar yardım gözləyən mülki şəxslərin üzərinə düşüb.
Kənan
Sitat.info