Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlar qurumunun İcraçı Direktoru Sima Bahous deyib ki, Qəzzada 9 mindən çox qadın öldürüldü. Buna son qoyulmalıdır.
Sitat.info xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı binasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Burada çıxış edən Bahous qeyd edib ki, müharibələr və münaqişələr uzun müddət ərzində gender bərabərliyi sahəsində əldə edilən irəliləyişi geri qaytarır.
Bunun Yaxın Şərq, Haiti, Sudan, Myanma, Sahel bölgəsi, Ukrayna, Əfqanıstan və dünyanın digər yerlərində baş verdiyinə diqqət çəkən Bahous münaqişədə ən böyük bədəli qadınların ödədiyini deyib.
Seymur Bənnayev
Sitat.info