Avropa İttifaqı Ukraynaya 21 milyard avro hərbi yardım ayıracaq

11:00 9 Mart 2024

Avropa İttifaqı ölkələri 2024-cü ildə Ukraynaya 21 milyard avro hərbi yardım ayıracaq.

Sitat.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis Kiyevə səfəri zamanı bildirib.

Qeyd olunub ki, faktiki məbləğ daha da çox ola bilər. Vurğulanıb ki, Avropa Komissiyası martın sonuna qədər Kiyevə 4,5 milyard avro ayırmaq niyyətindədir.



Xəbər xətti