Bu metronun qarşısına avtomobillərin girişi bağlanır

12:07 11 Mart 2024

Sabahdan 28 may metrosu qarşısında olan giriş şəxsi avtomobillər üçün bağlanacaq.

Sitat.info-nun məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O qeyd edib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək.

“Həmin ərazilər yalnız ictimai nəqliyyat üçün açıq olacaq. Bununla bağlı məlumat bu gün ictimaiyyətə açıqlanacaq”, - deyə o əlavə edib.



Xəbər xətti