Ramazan ayının ilk günündə İsrail ordusu bu istiqamətdən hücuma keçdi

14:08 11 Mart 2024

Ramazan ayının ilk günündə İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Tülkərim şəhəri, Tülkərim Qaçqınlar Düşərgəsi və Nur Şəms Qaçqınlar Düşərgəsinə basqın edərək, infrastrukturu məhv edib.
Sitat.info Fələstinin rəsmi agentliyinə istinadən xəbər verir ki, İsrail qüvvələri 25-dən çox hərbi maşın və 4 hərbi buldozerlə cənub və qərb tərəfdən Tulkərim şəhərinə basqın edərək, texnikaları Tülkərim Qaçqınlar Düşərgəsi ətrafındakı küçələrə yerləşdirib.

İsrail qüvvələri şəhər mərkəzinin infrastrukturuna ziyan vurub, həmçinin Əl-Alimi qovşağının yaxınlığında küçəni qazıb.

Onlar  şəhərin şərqindəki Nur Şəms Qaçqınlar Düşərgəsinə doğru hərəkət edib, buldozerlər düşərgənin qərb girişindəki Şəhid Seyf Əbu Lebed qovşağının ətrafındakı əraziyə iki gündə ikinci dəfə ziyan vurub.

Düşərgənin daxilindəki “Cəbel ən-Nəsr” və “Məsləh” məhəllələrinə yerləşdirilən İsrail qüvvələri Nur Şəms Qaçqınlar Düşərgəsinin girişi ilə üzbəüz əsas küçəni və Nəsr məscidinin ətrafını buldozerlərlə zədələyib.

Basqına qarşı çıxan fələstinlilərlə İsrail qüvvələri arasında toqquşmaların başladığı və güclü partlayış səslərinin eşidildiyi bildirilib.

Fevralın 7-də İsrail əsgərləri Menşiyye rayonunun girişindəki fələstinlilərin mülklərinə buldozerlərlə ziyan vurub. Nur Şəmsin bir çox məhəlləsində infrastrukturu zədələyən və 5 saatdan sonra oradan geri çəkilən İsrail əsgərləri daha sonra Tülkərim Qaçqınlar Düşərgəsinə basqın ediblər.

Düşərgə və düşərgəyə aparan yollarla üzbəüz Nablus küçəsində yerləşdirilən İsrail əsgərləri bir çox məhəllədə infrastrukturu zədələyib və basqına qarşı çıxan fələstinlilərlə toqquşub.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində 7505 fələstinli nəzarətə götürülüb, 424 fələstinli isə İsrail qüvvələrinin və qeyri-qanuni məskunlaşanların yəhudilərin  hücumları nəticəsində həyatını itirib.

Seymur,

Sitat.info



Xəbər xətti