Rusiyanın aylıq mərmi istehsalı şok etdi

17:50 11 Mart 2024

NATO ölkələrinin kəşfiyyat məlumatlarına görə, Rusiya hər ay təxminən 250 min, yəni ildə təxminən 3 milyon artilleriya mərmisi istehsal edir.

Sitat.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“ABŞ və AB-nin imkanları Ukraynaya hər il 1,2 milyon mərmi tədarük etməyə imkan verir. Biz indi istehsal resursları müharibəsinə girmişik”, - Avropa kəşfiyyat xidmətlərinin yüksək rütbəli nümayəndəsi bildirib.

Qeyd olunur ki, Rusiya İran və Şimali Koreyadan da mərmi alır:

“Rusiya hərbi maşını indi tam gücü ilə işləyir, lakin onun imkanlarının hələ son həddi deyil: ruslar bu həddə gələn il çatacaqlarını gözləyirlər”.



Xəbər xətti