Hazırda İsveçdə NATO bazalarının və ya nüvə silahlarının yerləşməsinə ehtiyac yoxdur.
Sitat.info xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.
“İndi biz dinc dövrdə İsveç torpağında daimi bazalar və ya nüvə silahı yerləşdirməsinə ehtiyac görmürük”, - baş nazir bildirib.
Qeyd edək ki, İsveç martın 7-dən NATO-nun 32-ci üzvü olub.