İsveç rəsmi olaraq NATO-nun üzvü oldu

17:29 11 Mart 2024

NATO-nun 32-ci üzvü olan İsveçin bayrağı Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında qaldırılıb.

Sitat.info xəbər verir ki, mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristerssonun iştirak edib.

Çıxış edən Stoltenberq bu günün tarixi bir gün olduğunu bildirib.

"Kritik bir zamanda İsveçin NATO-ya üzv olmasını alqışlayırıq. Bu NATO-nu gücləndirdi", - deyə qeyd edib.

Türkan

Sitat.info



Xəbər xətti