Qəzza Bələdiyyəsinin sözçüsü Hüsnü Mehna İsrailin aclıq və susuzluğa səbəb olduğu Qəzzada humanitar böhranın şiddətləndiyini və adambaşına düşən suyun miqdarının 90 litrdən 2 litrə endiyini bildirib.
Sitat.info xəbər verir ki, AA müxbirinə danışan Mehna, İsrailin 5 aydan artıqdır bombardman etdiyi, xalqı ac-susuz qalmağa məcbur etdiyi Qəzza zolağındakı vəziyyətlə bağlı məlumat verib.
Qəzza şəhəri və şimal bölgələrinə gələn yardımın çox əhəmiyyətli, lakin qeyri-kafi olduğunu ifadə edən Mehna deyib: "Humanitar böhranın dəhşətli şəkildə şiddətlənməyə davam edəcəyi təqdirdə Qəzzanın şimalında aclıq və susuzluqdan ölümlərin artacağı ilə bağlı xəbərdarlıq edirik".
Kənan
Sitat.info