Yaponiyada əhalinin sayı azalır

09:04 12 Mart 2024

Yaponiyada ağır demoqrafik durum yaranıb.

Sitat.info xəbər verir ki, keçən il Yaponiyada doğulan uşaqların sayı ardıcıl 8-ci ildir ki, minimum səviyyəyə düşüb.

2023-cü ildə Yaponiyada 758 631 körpə doğulub ki, bu da əvvəlki illə müqayisədə 5,1% azdır.

Bu, Yaponiyanın 1899-cu ildə statistika toplamağa başlamasından bəri ən aşağı doğum sayıdır.

Ötən il evliliklərin sayı 5,9% azalaraq 489 281 cüt olub və 90 ildə ilk dəfə yarım milyondan aşağı düşüb ki, bu da doğum nisbətinin azalmasının əsas səbəblərindən biridir.



Xəbər xətti