Çinin Şansi əyalətindəki kömür mədənində partlayış baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə nəticəsində beş nəfər ölüb, iki nəfər isə itkin düşüb.
Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.