Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur - Zelenski

10:03 12 Mart 2024

Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur.

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "BFMTV" telekanalına müsahibəsində deyib.

"Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu öz ərazisində qala bilər", - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi. O, daha sonra ifadəsində düzəliş edərək deyib ki, “bir şeyi istisna etməmək, onu etməklə eyni deyil”.



Xəbər xətti