ABŞ husilərə 17 zərbə endirdi: ölənlər var

12:36 12 Mart 2024

ABŞ və Britaniya hərbi koalisiyası husilərin Yəmənin qərbindəki liman və qəsəbələrdəki mövqelərinə 17 hava hücumu həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə “Əl-Məsirə” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ və koalisiya qüvvələri husilərin nəzarətində olan Yəmənin müxtəlif bölgələrini, o cümlədən Hüdeydə və Ras-İsa limanını hədəf alıb.

Hücum nəticəsində 11 nəfərin həlak olduğu, ən azı 14 nəfərin isə yaralandığı bildirilib.



Xəbər xətti