NATO-nun 32-ci üzvü kimi Alyansa daxil olan İsveçin bayrağı Brüsseldəki qərargahında öz yerini tutub.
Sitat.info xəbər verir ki, NATO-nun mənzil-qərargahında keçirilən mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq, İsveç şahzadəsi Viktoriya, İsveçin baş naziri Ulf Kristersson və kabinet üzvləri, NATO-ya üzvlük üçün müraciət etmiş keçmiş baş nazir Maqdalena Andersson və siyasi partiya liderləri iştirak ediblər.
Stoltenberq və Kristersson mərasimdən əvvəl birgə mətbuat konfransı keçiriblər.
Kənan
Sitat.info