"TOL" qrupunun solisti Vasili Pereverzev Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, o, facebook səhifəsində Ukrayna Silahlı Qüvvələrinə daxil olmaq üçün 4 dəfə cəhd etdiyini, bütün bu cəhdlərinin nəticəsiz qaldığını bildirmişdi.
Lakin 5-ci müracətində ordu sıralarına daxil ola bilib.
"Ukrayna Milli Qvardiyasının məşhur 12-ci AZOV xüsusi təyinatlı briqadasına qoşuldum. Bu bölmənin tərkibində olmaq mənim üçün böyük şərəfdir. Siz də qoşulun. Mən sizə məsləhət görürəm”
Qeyd edək ki, "TOL" 2003-2013-cü illərdə mövcud olmuş Ukraynanın metal qrupudur. 2005-ci ildə qrup Qlobal Qlobal Battle of the Bands yarışmasında dördüncü yeri tutub.
Ayna,
Sitat.info