İsrail ordusunun Livanın Baalbek şəhərinə həyata keçirdiyi ardıcıl 2 hava hücumunda 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.
Sitat.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri Baalbek-Riyak avtomobil yolundakı bir binanı hədəf alıb.
Hücum nəticəsində 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.
İsrailin Baalbekin Nəbi Şit qəsəbəsindəki bir evə 5 dəqiqə fərqlə ikinci hava hücumu təşkil etdiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info