Quterreş: Bu, acınacaqlı və qəbuledilməzdir

18:53 12 Mart 2024

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, İsrailin Ramazan ayında Qəzzanı bombalamağa davam etdiyini ifadə edərək deyib: "Ailələr İsrailin bombalarından qaçarkən artan aclıq qarşısında həyata tutunmağa çalışırlar. Bu, acınacaqlı və qəbuledilməzdir".

Sitat.info xəbər verir ki, Quterreş BMT Baş Assambleyasında keçirilən BMT-nin Qadınların Vəziyyəti Komissiyasının 68-ci Sessiyasında çıxış edib.

Dünyanın çox çətin bir dövrdən keçdiyini, qadın və qızların ciddi zərər gördüyünü vurğulayan Quterreş deyib ki, kişilərin başlatdığı müharibədən ən çox əziyyət çəkənlər kimi qadınlar və qızlar önə çıxır.

Kənan

Sitat.info



Xəbər xətti