"Azərbaycan reallığında ev işləri xanımların üzərindədir. Yəni bizdə kişilər bir çox hallarda özlərinə sığışdırmırlar ki, durub özlərinə bir stəkan çay süzsünlər."
Bu sözləri Sitat.info-ya açıqlamasında sosioloq Mail Yaqub deyib.
Onun sözlərinə görə, buna səbəb mentalitetimizdir:
"Dində, hüquqda da belə bir şey yoxdur ki, ki ev işlərini mütləq xanım görməlidir. Sadəcə mentalitetimiz bizə bunu deyir. Mentalitetimiz də səhv olan məqamlar çoxdur. Bu da bunlardan biridir."
Sosioloq qeyd edib ki, kişi qadını hər hansı iş üçün məcbur edirsə, səhv onun özündədir.
Türkan
Sitat.info