Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Prezidenti Asif Əli Zərdari ilə telefon danışığı aparıb.
Sitat.info xəbər verir ki, Türkiyə Rabitə Müdirliyindən verilən məlumata görə, görüş zamanı prezident Ərdoğan Zərdarini prezident seçilməsi münasibətilə təbrik edib.
İki ölkə arasında əlaqələrin hər sahədə inkişafını gözlədiyini deyən Ərdoğan yeni dövrün Pakistan üçün faydalı olacağına ümid etdiyini bildirib.
Ümumi seçki dövründə Pakistanda törədilən terror aktlarını pisləyən Ərdoğan Türkiyənin terrorla mübarizədə Pakistanın yanında olmağa davam edəcəyini bildirib.
Kənan
Sitat.info