İsrail 2023-cü ilin oktyabrından bəri Livan və Suriyada Hizbullahın 4500-ə yaxın hədəfinə zərbələr endirib.
Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
"Hizbullahın obyektlərinə, komandirlərinə və strukturlarına hər gün zərbələr endirilir. Son beş ayda 4500 Hizbullah hədəfi vurulub. Bunlardan 1200-dən çoxu təyyarə, 3100-dən çoxu isə yerdən vurulub", - deyə qeyd edilib.
Türkan
Sitat.info