İranda çərşənbələrdə ölənlərin sayı 26 nəfərə çatıb

09:14 13 Mart 2024

İranda ilaxır çərşənbələri ilə əlaqədar baş verən hadisələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 4 360 nəfər xəsarət alıb.

Sitat.info-nun məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verib.

İranın fövqəladə hallar xidmətinin rəhbəri Cəfər Miadfarın sözlərinə görə, 1,4 minə yaxın təcili yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib. Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, 2 paytaxt sakini ölüb.

Bildirilib ki, əsasən vətəndaşlar tonqal üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar.



Xəbər xətti