ABŞ Polşaya 1,7 mindən çox müxtəlif raket satmağa razılaşıb

10:00 13 Mart 2024

ABŞ Dövlət Departamenti çərşənbə axşamı Polşaya 1,7 mindən çox müxtəlif tipli raketlərin satışına razılıq verib.

Sitat.info-nun məlumatına görə, bu barədə Pentaqona bağlı ABŞ Təhlükəsizlik Əməkdaşlıq Agentliyi bildirib.

"Polşaya 821 ədəd "AGM-158B-2" geniş mənzilli hava-yer raketi, 745 ədəd "AIM-120C-8" orta mənzilli hava-hava raketi və 232 ədəd "AIM-9X Sidewinder Block II" taktiki raketi satıla bilər", - deyə məlumatda qeyd olunub.

Mümkün çatdırılmanın ümumi dəyəri 3,5 milyard dollar olaraq qiymətləndirilir.



Xəbər xətti