Rusiya prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasının “mənasız addım” olduğunu və Rusiyanın Finlandiya sərhədində hərbi baza quracağını bildirib. Putin həmçinin bildirib ki, Rusiya suverenliyinə təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazırdır.
Sitat.info xəbər verir ki, Finlandiya sərhədinə qoşun yerləşdirəcəklərini açıqlayan Rusiya prezidenti İsveç və Finlandiyanın NATO üzvlüyünə sərt ifadələrlə münasibət bildirib.
İki ölkənin NATO-ya üzv olmasını “mənasız addım” kimi xarakterizə edən Putin nüvə müharibəsi ilə hədələyib.
Putin: Rusiyanın varlığına təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazırıq", - deyib.
Seymur Bənnayev
Sitat.info