Oktyabrın 7-dən Qəzzada öldürülən fələstinlilərin sayı 31 mini keçib. İsrail hərbçiləri Deyr əl-Bəlah şəhərində dinc sakinlərə atəş açıb, 11 nəfər həlak olub. Beynəlxalq təzyiqlərdən sonra 3 həftədən sonra ilk dəfə olaraq Qəzzanın şimalına yardım gəlib.
Sitat.info xəbər verir ki, İsrail Qəzzada hərbi cinayətlər törətməkdə davam edir.
Oktyabrın 7-dən bu yana İsrailin hücumlarında 31 min 184 fələstinli həlak olub.
Təxminən 73 min adam yaralanıb. Dağıntılar altında çox sayda fələstinli itkin düşüb.
Kənan
Sitat.info